Azərbaycanda peyvənd olunanların sayı açıqlandıbackend

Azərbaycanda peyvənd olunanların sayı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Yevlax rayonunun, Xaldan qəsəbəsi ərazisində qəza baş verib.
Qaynarinfo xəbər verir ki, qəza anbaan kameraların yaddaşlarına həkk olunub.
Xaldan qəsəbəsindəki mağazalardan birinin qarşısında Rahib Rövşən oğlu Qaçaylıya məxsus “VAZ-2106” markalı avtomobil xarab olub. Sürücü nə baş verdiyini aydınlaşdırmaq üçün maşından düşüb və mühərrik hissədəki nasazlığı aradan qaldırmağa çalışıb. Bu zaman “Wolkswagen Passat” markalı avtomobil arxadan “VAZ-2106″ya çırpılıb. Qəza törədən sürücü hadisə yerindən qaçıb.
Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Rahib Rövşən oğlu Qaçaylı Yevlax xəstəxanasına çatdırılıb. Sonradan aydın olub ki, qəzanı törədərək hadisə yerindən qaçan hüquq mühafizə orqanlarında çalışan Tariyel Sevindik oğlu Muradzadədir. O, hadisə yerindən qaçmasının səbəbini deməyib. Ehtimal edilir ki, Muradzadə qəzanı spirtli içkinin təsiri altında törədib. Baş vermiş qəza ilə bağlı Rahib Qaçaylının şikayətlərinə baxılmadığı da bildirilir.
Tariyel Muradzadə 2020-ci il parlament seçkilərində 31 Saylı Suraxanı II Seçki Dairəsindən Ana Vətən Partiyasının (AVP ) namizədi olub.