Azərbaycanda peyvənd olunanların sayı 500 mini keçdibackend

Azərbaycanda peyvənd olunanların sayı 500 mini keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 25-də Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına qarşı 19,427 nəfər vaksinasiya olunub.

Bu barədə TİA.AZ-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 510,420 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.