Azərbaycanda özünə narkotik vasitələr hazırlayan şəxslər üçün cəzalar müəyyənləşibbackend

Azərbaycanda özünə narkotik vasitələr hazırlayan şəxslər üçün cəzalar müəyyənləşib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda özünə narkotik vasitələr hazırlayan şəxslər üçün cəzalar müəyyənləşib.

TİA.AZ-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin “İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda dəyişiklik etməsi ilə mümkün olub.

Dəyişikliyə əsasən, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq ediləcək.