“Azərbaycanda Orduya könüllü getmək istəyənlər saysızdır” – Prezidentin köməkçisibackend

“Azərbaycanda Orduya könüllü getmək istəyənlər saysızdır” – Prezidentin köməkçisi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycana Suriyadan kimlərinsə gətirilməsi barədə Ermənistan tərəfindən dezinformasiyalar yayılıb. Birincisi, bu, Azərbaycanın siyasəti deyil. İkincisi isə Azərbaycanın buna ehtiyacı yoxdur. Bizim Silahlı Qüvvələrimizin şəxsi heyətində yetərincə əsgərlərimiz, zabitlərimiz var. Bu gün Azərbaycanda Orduya könüllü getmək istəyənlər saysızdır”.

TİA.AZ-ın xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Haber Global”a müsahibəsində bildirib.

“Ancaq bizim güvənli kəşfiyyat məlumatlarına görə Ermənistan silahlı qüvvələrində Livandan, Suriyadan, digər Yaxın Şərq ölkələrindən gətirilən erməni əsilli terrorçulardan istifadə olunur: Onlar Azərbaycana qarşı istifadə olunmaqdadır”, – H.Hacıyev vurğulayıb.