Azərbaycanda onkoloji xəstələrin sayı açıqlandıbackend

Azərbaycanda onkoloji xəstələrin sayı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Azərbaycanda ümumilikdə 52 718 bədxassəli onkoloji xəstə rəsmi qeydiyyatdadır”.
Bunu  açıqlamasında Səhiyyə Nazirliyinin Baş onkoloqu Azad Kərimli deyib. O bildirib ki, həmin xəstələrdən 18 578-i 5 ildən yuxarı yaşayan şəxslərdir: “Onların arasında 30 il xərçəng xəstəsi olanlar da var. Bura vaxtında gəlib, müalicə alıb, öz sağlamlığına qarşı laqeyd olmayan insanlar şamil edilir”.
A. Kərimli qeyd edib ki, ötən il 49 154 onkoloji xəstə qeydə alınıb: “Qadınlarda süd vəzisi və uşaqlıq boynunun xərçəngi geniş yayılıb. Kişilərdə isə ağciyər, traxeya və prostat vəzinin xərçənginə daha çox rast gəlinir. Bu, dünya ölkələrində də belədir”.
Onun sözlərinə görə, statistik məlumatlar verilərkən demoqrafik göstəricilər nəzərə alınmalıdır: “Əgər 2006-cı ildə Azərbaycan əhalisi 7 milyon idisə, hazırda 10 milyonu keçib. Əhali çoxaldıqca yalnız onkoloji deyil, ürək, nevroloji, şəkər, digər  xəstəliklərin hamısında artım müşahidə olunur. Azərbaycanda ürək-damar xəstəlikləri birinci yerdədir”.