Azərbaycanda ölüm sayı rekord həddə çatdı – STATİSTİKAbackend

Azərbaycanda ölüm sayı rekord həddə çatdı – STATİSTİKA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2021-ci ilin yanvar ayında Azərbaycanda 7972 ölüm faktı qeydə alınıb. Müqayisə üçün, 2020-ci ilin yanvar ayında bu göstərici 5177, 2014-2020-ci illərdə yanvar ayı üzrə orta ölüm göstəricisi 5277 təşkil edib.

TİA.AZ xəbər verir ki, bu barədə iqtisadçı Toğrul Vəliyev rəsmi məlumatları şərh edərkən deyib.

Daha bir maraqlı statistika doğum sayı ilə bağlıdır. Məlum olub ki, bu ilin yanvarında “artıq” ölüm 2695 nəfər təşkil edib (müqayisə üçün, keçən ilin iyununda bu göstərici 2163 nəfər idi, oktyabrda 1264).

Eyni zamanda qeyd etmək lazımdır ki, 2021-ci ilk ayında 10 812 uşaq doğulub. Keçən ilin müvafiq dövründə bu göstərici 11 279 idi. Nəticə etibarilə təbii artım 6102-dən 2840 nəfərə kimi və ya 2 dəfə azalıb.