Azərbaycanda ölüm olan şadlıq sarayının sahibkarı həbs edildibackend

Azərbaycanda ölüm olan şadlıq sarayının sahibkarı həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaçmazda şadlıq sarayında fəhlənin ölümü ilə bağlı sahibkar həbs olunub.

APA-nın məlumatına görə, rayonda yerləşən “Aygün” restoranında Rəşid Məmmədovun hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı istintaq zamanı Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizə qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkənin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilib.

İş üzrə “Aygün” şadlıq sarayını icarə əsasında işlədən sahibkar, Quba rayon sakini Bəxtiyar Əmrahov obyektin təhlükəsizlik qaydalarına riayət etmədiyindən onun barəsində cinayət işi açılıb və barəsində üç ay həbs-qətimkan tədbiri seçilib.

 


Bulud VPS
9.99 ₼ -dan başlayan qiymətlərlə
* 25 GB SSD Disk Həcmi
* 1 vCore
* 1 GB RAM
* 1TB Trafik
* 1 IPv4 ünvan
Daha geniş məlumat almaq istəyirsinizsə daxil olun: https://hostimul.com/cloud-vps-hosting/