Azərbaycanda növbəti XÜSUSİ ƏMƏLİYYAT: 40  narkotacir saxlanıldı – VİDEObackend

Azərbaycanda növbəti XÜSUSİ ƏMƏLİYYAT: 40 narkotacir saxlanıldı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotacirlərə qarşı geniş əməliyyat keçirib.

Daxili İşlər Nazirliyindən TİA.AZ-a verilən məlumata görə, son 15 gün ərzində keçirilən əməliyyatlar zamanı narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 40 nəfər saxlanılıb. Həmin şəxslərdən ümumilikdə 60 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə, 2548 ədəd psixotrop tərkibli həb, 1 ədəd tüfəng və 46 ədəd patron aşkar olunub.

Daxil olmuş əməliyyat məlumatı əsasında Lənkəran şəhərində keçirilən əməliyyat zamanı Astara rayon sakini Babulla Rüstəmov saxlanılıb. Onun üzərindən,idarə etdiyi avtomobildən və yaşadığı evdən 16 kiloqram marixuana, 1 ədəd müvafiq sənədləri olmayan tüfəng və 25 ədəd patron aşkar edilib.

Quba rayonunda keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş Ənvər Rəhimov və tanışı Emil Abbasov saxlanılıblar. Bu şəxslərdən 6 kiloqram heroin tiryək, metamfetamin aşkar edilib.

Paytaxtda, eləcə də, Abşeron və Bərdə rayonlarında keçirilən əməliyyatlar zamanı sosial şəbəkələr vasitəsi ilə narkotacirlər tərəfindən narkokuryerliyə cəlb edilən daha 19 nəfər saxlanılıb. Bu şəxslərdən 22 kiloqram narkotik maddə, elektron tərəzilər, ekstazi, metadon həbləri, narkotik vasitələrin onlayn satışı, həmçinin pul dövriyyəsini təşkil etmək üçün istifadə olunan plastik kartlar, 21 ədəd patron və patron darağı aşkar olunub.

Baş İdarənin Cənub və Qərb bölgələrindəki regional şöbələrinin əməkdaşlarının Gəncə, Lənkəran şəhərləri, həmçinin Bərdə, Astara, Salyan və Cəlilabad rayonlarında keçirdikləri əməliyyatlar zamanı 18 nəfər saxlanılıb. Bu şəxslərdən ikisi – Salyan rayonunda tutulan Ramiz Ağayev və Ziya Təhməzovdan 13 kiloqram tiryək, marixuana, 1750 ədəd psixotrop tərkibli həb, elektron tərəzi və plastik kartlar aşkar olunub. Həmin şəhər və rayonlarda tutulan digər 12 nəfərdən isə 3 kiloqram narkotik vasitə gtürülüb.

Saxlanılan şəxslər ifadələrində narkotik maddələrin satışını təşkil etməklə yanaşı, niyyətlərinin sosial şəbəkələr və digər vasitələrlə daha çox gənci narkokuryerliyə cəlb etmək olduğunu bildiriblər.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilindikləri üçün saxlanılan şəxslərin hər biri barəsində məhkəmələrin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.

0

0

0

0

0

0

0

0