Azərbaycanda məşhur xəstəxana ləğv olunduğunu elan etdi (FOTO)backend

Azərbaycanda məşhur xəstəxana ləğv olunduğunu elan etdi (FOTO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakıda “Kaspar” kimi tanınan məşhur xəstəxananı idarə edən “Dənizçilər Poliklinikası” MMC ləğv olunduğunu elan edib.
Qaynarinfo xəbər verir ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinini törəmə müəssisəsi olan “Dənizçilər Poliklinikası” MMC-yə qarşı tələbləri olan kreditorlar iki ay ərzində Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsi, ev 120A ünvanına müraciət edə bilərlər.
Qeyd edək ki, nizamnamə kapitalı 1 milyon 22 min 399 manat olan MMC 23 iyun 2017-ci ildə yaradılıb. Şirkətin qanuni təmsilçisi Abdullayev Fəxrəddin Qiyas oğludur.
AXDG-nin mətbuat xidmətindən Turan-a bildirilib ki, Nazirlər Kabinetinin qərarı ilə “Dənizçilər Poliklinikası” MMC-nin əmlakı Dövlət Gömrük Komitəsinin balansına verilib. Maraqlıdır ki, hökümətin bu qərarı “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının qanununa zidd olaraq, hələ də mətbuatda dərc edilməyib.
Orxan Əhmədli