Azərbaycanda məktəb binası çökdü: Ölənlər var – RƏSMİ + FOTObackend

Azərbaycanda məktəb binası çökdü: Ölənlər var – RƏSMİ + FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Naxçıvan Muxtar Respublikası Babək rayonu Nehrəm qəsəbəsi 3 saylı tam orta məktəbdə aparılan inşaat əsnasında təhsil ocağına məxsus binanın çökməsilə bağlı məlumat yayılıb. Hadisə nəticəsində bir neçə şəxsin öldüyü bildirilib.

 

Məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə yeni inşa olunan məktəb binasında baş verib:
“Ölən və yararlanan var. Amma onlar məktəb şagirdləri deyil. Çünki məktəb istifadəyə verilməyib”.