Azərbaycanda məhkəməyə çıxarılan dustaq özünə xəsarət yetiribbackend

Azərbaycanda məhkəməyə çıxarılan dustaq özünə xəsarət yetirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə şəhərində 31 yaşlı dustaq özünə kəsici-deşici alətlə xəsarət yetirib. “Report”un  məlumatına görə, 1990-cı il təvəllüdlü Vasif Tağızadə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, V.Tağızadə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq təcridxanasında saxlanılır. Onun bu gün məhkəmə prosesi keçirilib.