Azərbaycanda məhkəmə prosesləri mayın 4-dək təxirə salındı – QƏRARbackend

Azərbaycanda məhkəmə prosesləri mayın 4-dək təxirə salındı – QƏRAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 23-də Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin  Plenumu  keçirilib.

TİA.AZ xəbər verir ki, Plenumda  xüsusi karantin rejiminin mayın 4-dək uzadılması  nəzərə alınaraq “Azərbaycanda Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında” Qərar qəbul edilib.

Qərarda Azərbaycan Respublikasının bütün məhkəmələrinə təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlərə (qətimkan tədbirlərinin seçilməsi, uzadılması, dəyişdirilməsi, ləğvi, inzibati həbs nəzərdə tutulan işlər, iddianın təmin tədbirlərinin görülməsi, əmr icraatı, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, bəzi kateqoriya üzrə xüsusi icraat işləri və sair) baxılması istisna olunmaqla, icraatlarında olan digər işlərə baxılmasının müvəqqəti olaraq təxirə salınması tövsiyə edilib. Məhkəmələrə həmçinin İnzibati-Prosessual Məcəllənin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla inzibati məhkəmə icraatı qaydasında baxılan işlərə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından, eləcə də Mülki Prosessual Məcəllənin tələbləri nəzərə alınmaqla mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılması imkanlarından istifadə edilməsi tövsiyə olunub.

Koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsi tam aradan qaldırılmadığından Ali Məhkəmənin Plenumunun 19 mart 2020-ci il tarixli Qərarı qüvvədən düşmüş hesab edilib,  hazırki Plenum qərarının  23 aprel 2020-ci il tarixdən 4 may 2020-ci il tarixədək qüvvədə olması təsbit edilib.

Plenumda həmçinin konkret işlərə baxılıb.