Azərbaycanda məhkəmə hakimi vəfat etdibackend

Azərbaycanda məhkəmə hakimi vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda məhkəmə hakimi vəfat edib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdullayev Mehdixan Ədil oğlu 60 yaşında vəfat edib.

Məhkəmə-Hüquq Şurası məlumatı təsdiqləyib.

Allah rəhmət eləsin!

Qeyd edək ki, M.Abdullayev 1994-2008-ci illərdə Hərbi prokurorluqda müxtəlif vəzifələrdə çalışıb.

2008–2011-ci illərdə Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin hakimi, 2011-ci ildən isə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi idi.