Azərbaycanda maraqlı hadisə: 107 kiloqram çəkisi olan gəncin həyatını xilas etdi (FOTO)backend

Azərbaycanda maraqlı hadisə: 107 kiloqram çəkisi olan gəncin həyatını xilas etdi (FOTO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi Aygün İsmiyeva sayıqlığı nəticəsində gənci ölümdən xilas edib.
Hadisə Xaçmaz rayonunda baş verib.
İstirahət mərkəzində bir nəfər dənizdə olduğu zaman ürəktutması ilə huşsuz vəziyyətə düşüb və yaxında olan vətəndaşların yardımı nəticəsində sahilə çıxarılıb. Orada istirahətdə olan həkim Aygün İsmiyeva dərhal həmin şəxsə ilkin yardım olaraq ürək masajı etməyə başlayıb.
107 kiloqram çəkidə olan vətəndaşı 25 dəqiqə davam edən ürək masajından sonra həyata qaytarmaq mümkün olub.
“Artıq peşə vərdişidir. Hər zaman və hər yerdə hadisələrə dərhal müdaxilə etməyi özümüzə borc bilirik. Oğlum dənizdə bir nəfər adamın öldüyünü dediyi anda sahilə qaçdım. Vətəndaşın ürək dayanmasından huşsuz vəziyyətdə olduğunu gördüm və dərhal ürək masajı etməyə başladım. Çox sevinirəm ki, yardımım nəticəsində həmin adamın həyatını xilas etmək mümkün oldu. Səhiyyə Nazirliyinin həkimi olaraq vətəndaşlarımıza hər zaman xidmət etməyə hazırıq”, – deyə Aygün İsmiyeva bildirib.