Azərbaycanda lətifə kimi hadisə : Sərxoş kişi maşınının yerini unutdu, polisə yığıb “oğurlandı” dedibackend

Azərbaycanda lətifə kimi hadisə : Sərxoş kişi maşınının yerini unutdu, polisə yığıb “oğurlandı” dedi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Gəncə şəhərində sərxoş sürücü maşınının oğurlandığını iddia edib.
AZXEBER.COM-un məlumatına görə, şəhər sakini S.Məmmədov Daxili İşlər Nazirliyinin 102 Zəng Mərkəzi Xidmətinə müraciət edərək ona məxsus QAZ-31 markalı avtomobilinin oğurlandığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin yeri şəhər ərazisində müəyyən edilib.
Araşdırmalar zamanı məlum olub ki avtomobilin sahibi sərxoş olduğundan sonuncu dəfə avtomobili harada saxladığını unutduğundan qaçırıldığını zənn edərək polisə müraciət edib.