Azərbaycanda küçəyə çıxması yasaqlanan insanların sayı açıqlandı (RƏSMİ)backend

Azərbaycanda küçəyə çıxması yasaqlanan insanların sayı açıqlandı (RƏSMİ)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Hazırda Azərbaycanda ahıl yaşlı insanların sayı 720 min nəfərdir”.
TİA.AZ xəbər verir ki, bunu Modern.az-ın sorğusuna cavab olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib.
Onun sözlərinə görə, ahıl dedikdə 70 yaş və onun üzəri əhali nəzərdə tutulur: “Amma məlum olduğu kimi karantin dövründə 65 yaşdan yuxarı vətəndaşlara xidmət göstəriləcək.
Hazırda 65-70 yaş arası tənha yaşayanların ayrıca qeydiyyatı yoxdur. Bu səbəbdən də 24 martdan etibarən 65-dən yuxarı olan və tənha yaşayan vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 142-Çağrı mərkəzinə zəng edərək, qeydiyyata alınmalıdırlar”.
Şöbə müdiri qeyd edib ki, ümumilikdə 9500 tənha ahıla və əlilliyi olan şəxsə sosial xidmətlər göstərilir.