“Azərbaycanda kreditlər illik 5-6%-lə verilməlidir” – Tahir Kərimli(VİDEO)backend

“Azərbaycanda kreditlər illik 5-6%-lə verilməlidir” – Tahir Kərimli(VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda bank kreditlərinin kəskin ucuzlaşdırılması təklif edilib.

Bu təkliflə Milli Məclisin deputatı Tahir Kərimli parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.

“Azərbaycan banklarında kreditlərin illik faiz dərəcəsi 20%-dən çoxdur, 5-6% olmalıdır. İnsanlar qazandıqlarının hamısını banka verir. Bank borcları, onların faizlər bu gün əsas problemdir”, – deyə, o, qeyd edib.

Millət vəkili həmçinin Azərbaycan banklarının tətbiq etdikləri cərimələrin silinməsini təklif edib.