Azərbaycanda koronavirusun mart ayında bitəcəyi ilə bağlı VACİB AÇIQLAMAbackend

Azərbaycanda koronavirusun mart ayında bitəcəyi ilə bağlı VACİB AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son bir neçə ayda dünyada və Azərbycanda koronavirusa rekord yoluxma və ölüm halları müşahidə olunur. Məhz buna görə karantin rejimində müəyyən sərtləşmələr tətbiq edilməkdədir. Bəzi mütəxəssislər bu virusun 2 ilə qədər davam edəcəyi ilə bağlı fikirlər səsləndirirlər. Lakin Azərbaycanda virusun mart ayına qədər bitəcəyi ilə bağlı iddialar da səsləndirilir.

TİA.AZ verir ki, bununla bağlı Sonxeber.az-a danışan professor Adil Qeybulla bildirib ki, koronavirus vaksini ayrı-ayrı ölkələrdə tədbiq edilməyə başlayıb:

“Nəticələrə baxılacaq. Vaksindən sonra zəncirin qırılmasına ən azı yarım ay vaxt lazımdır. İnsanlarımız möcüzə axtarır ki, bu məsələ bitsin. Amma ən böyük məsələ insanların qaydalara əməl etməsidir.
Təəssüf ki, bu gün insanlarımız karantin qaydalarına əməl etmək əvəzinə bu kimi möcüzələrə ümid edirlər. Düzdür vaksin effektiv vasitədir. Amma bilinmir ki, virus özünü necə aparacaq. Karatin qaydalarını gözləsək bir müddətdən sonra virusun azaldığını və yoxa çıxdığını görərik. Öncə qoyulan qaydalara əməl etmək lazımdır. Ümumiyyətlə koronavirusa qarşı vaksinin olub-olmamağındn asılı olmayaraq bu virusun ömrü bir neçə aydır. Çünki Bakı və Abşeron yarmadasında bu virusun yayılma potensialı o qədər güclüdür ki, kollektiv immunitetə doğru gedilir. Ona görə də bir neçə ay dözüb, karantin qaydalarına əməl etsək bu virusdan canımızı qurtara biləcəyik”.