Azərbaycanda koronavirusun ən çox yayıldığı yer – SİYAHIbackend

Azərbaycanda koronavirusun ən çox yayıldığı yer – SİYAHI

Azərbaycanda koronavirusun ən çox yayıldığı yerlərin reytinqi açıqlanıb.

“Koronavirus.info” saytının məlumatına görə, paytaxt Bakı həmişəki kimi liderdir. Yoluxanların 56, 5 faizi məhz paytaxtın payına düşür. Növbəti yerlərdə 16,5 faizlə Abşeron, 8,7 faizlə Aran, 6,9 faizlə Gəncə-Qazax, 4,6 faizlə Lənkəran, 2 faizlə Quba-Xaçmaz qərarlaşıb. Naxçıvan Muxtar Respublikasında yoluxma qeydə alınmayıb.

Bakının rayonları üzrə koronavirusa yoluxma statistikasına isə 14 faizlə Binəqədi başçılıq edir. Növbəti yerlər isə aşağıdakı kimidir:

Xətaidə 12.3 faiz,

Sabunçuda 11.9 faiz,

Yasamalda 11.8 faiz,

Nəsimidə 9.3 faiz,

Nərimanovda 8.2 faiz,

Suraxanıda 8.2 faiz,

Nizamidə 7.4 faiz,

Qaradağda 7.3 faiz,

Xəzərdə 4.7 faiz,

Səbaildə 4.4 faiz,

Pirallahıda 0.3 faiz.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki