Azərbaycanda koronavirusdan daha 45 nəfər öldü – 3 759 yeni yoluxmabackend

Azərbaycanda koronavirusdan daha 45 nəfər öldü – 3 759 yeni yoluxma

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 759 yeni yoluxma faktı qeydə alınıb, 3 473 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan TİA.AZ-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 45 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 432 495 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 373 475 nəfər müalicə olunaraq sağalıb, 5 722 nəfər vəfat edib. 53 298 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 678, bu günə qədər isə ümumilikdə 4 498 717 test icra olunub.