Azərbaycanda koronavirusa yoluxma əmsalı üç dəfədən çox artıbbackend

Azərbaycanda koronavirusa yoluxma əmsalı üç dəfədən çox artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Bu günə olan tarixə görə dünyada yeni koronavirusa yoluxanların sayı 210 milyonu keçib”.
TİA.AZ xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ən çox yoluxma qeyd olunan ölkələrin içərisində ABŞ, Hindistanın adı çəkilir:
“Son günlər Azərbaycanda da yoluxma sayında kəskin artım müşahidə edilir. Bu gün biz 23 faiz yoluxma əmsalı görürük”.
O bildirib ki, bu gün 18 pandemiya müəssisəsi fəaliyyət göstərir: “Əlbəttə ehtiyat tibb müəssisələri mövcuddur. Bu sahəyə bağlı 40-a yaxın xəstəxana var. Avqustun 1-də xəstəxanalarda 808 xəstə var idisə, dünənki rəqəmə əsasən bu rəqəm 2458-i keçib. Bu da onu göstərir ki, ciddi şəkildə qaydalara əməl etməliyik”.
Onun sözlərinə görə, mart ayından bu günə qədər yoluxan insanların arasında reanimasiyaya düşənlərin 96 faizi peyvənd olunmayan insanlardır:
“Xəstəlik artır. Biz bu gün vaksin vurdurmaqdan çəkinirik. Biz bunu başa düşürük. Ancaq COVID-19-a yoluxan şəxslərin hansı əziyyətlərin çəkdiyini artıq bilirik”.