Azərbaycanda koronavirusa yoluxma daha da azaldı – RƏSMİ MƏLUMATbackend

Azərbaycanda koronavirusa yoluxma daha da azaldı – RƏSMİ MƏLUMAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son 24 saatda Azərbaycan Respublikasında 40 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmış, 50 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.

Müqayisə üçün qeyd edək ki, 8 Apreldə 105 yoluxma, 9 Apreldə 104 yoluxma, 10 Apreldə 65 yoluxma, 11 Apreldə 67 yoluxma faktı qeydə alındığı açıqlanmışdı.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Marja-ya verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə 1098 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 250 nəfər müalicə olunaraq sağalmış, 11 nəfər vəfat etmiş, 837 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 24 nəfərin vəziyyəti ağır, 37 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 66 min 677 test aparılmışdır.