Azərbaycanda koronavirusa yoluxanların sayı yenə artdıbackend

Azərbaycanda koronavirusa yoluxanların sayı yenə artdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3 712 yeni yoluxma faktı qeydə alınıb, 1 359 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə TİA.AZ-a Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 35 nəfər “COVID-19”dan vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 109 813 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 69 931 nəfər müalicə olunaraq sağalıb, 1 291 nəfər vəfat edib. Aktiv xəstə sayı 38 591 nəfərdir.

Ötən müddət ərzində 1 682 234 test aparılıb. Bugünkü test sayı isə 16 402-dir.