Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin azaldıbackend

Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin azaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 151 yeni yoluxma faktı qeydə alınıb, 1 052 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan TİA.AZ-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 29 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 287 144 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 251 760 nəfər müalicə olunaraq sağalıb, 3 944 nəfər vəfat edib. 31 440 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 687, bu günə qədər isə ümumilikdə 3 026 132 test icra olunub.