Azərbaycanda koronavirusa yoluxanların sayı azaldıbackend

Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2981 yeni yoluxma faktı qeydə alınıb, 1226 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan TİA.AZ-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 121 176 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 74 902 nəfər müalicə olunaraq sağalıb, 1 392 nəfər vəfat edib, aktiv xəstə sayı 44 882 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 342 ötən müddət ərzində isə ümumilikdə 1 728 577 test aparılıb.