Azərbaycanda koronavirusa yoluxanların sayı artdıbackend

Azərbaycanda koronavirusa yoluxanların sayı artdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda koronavirus infeksiyasına daha 213 yeni yoluxma faktı qeydə alınıb, 88 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  TİA.AZ-a verilən məlumata görə, son sutkada 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 338 183 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 200 nəfər müalicə olunaraq sağalıb, 4 991 nəfər vəfat edib, aktiv xəstə sayı 1 992 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 817, ötən müddət ərzində isə ümumilikdə 3 905 500 test aparılıb.