Azərbaycanda koronavirusa yoluxanların sayı 2000-ə yaxınlaşdıbackend

Azərbaycanda koronavirusa yoluxanların sayı 2000-ə yaxınlaşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 736 yeni yoluxma faktı qeydə alınıb, 435 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan  TİA.AZ-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 12 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 354 662 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 335 771 nəfər müalicə olunaraq sağalıb, 5 084 nəfər vəfat edib, aktiv xəstə sayı 13 807 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 081, ötən müddət ərzində isə ümumilikdə 4 133 796 test aparılıb.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 59 288 vaksin vurulub.
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39 352, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 19 936 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 5 478 042, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 200 107, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 277 935 təşkil edir.