Azərbaycanda koronavirusa yoluxanların sayı 100-dən də aşağı düşdübackend

Azərbaycanda koronavirusa yoluxanların sayı 100-dən də aşağı düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 92 yeni yoluxma faktı qeydə alınıb, 462 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan TİA.AZ-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 333956 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 324565 nəfər müalicə olunaraq sağalıb, 4913 nəfər vəfat edib, aktiv xəstə sayı 4478 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4815, ötən müddət ərzində isə ümumilikdə 3513989 test aparılıb.