Azərbaycanda koronavirusa yoluxanların sayı 1 197-yə, sağalanların sayı 351-ə çatdıbackend

Azərbaycanda koronavirusa yoluxanların sayı 1 197-yə, sağalanların sayı 351-ə çatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda indiyə qədər koronavirusa yoluxanların sayı açıqlanıb.

Bu barədə  Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Hazırkı dövrədək ölkəmizdə 1 197 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 351 nəfəri müalicə olunaraq sağalıb, 13 nəfər vəfat edib, 833 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 24 nəfərin vəziyyəti ağır, 28 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.