Azərbaycanda koronavirusa yoluxanların bu günə olan statistikasıbackend

Azərbaycanda koronavirusa yoluxanların bu günə olan statistikası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 582 yoluxma faktı qeydə alınıb, 1370 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan TİA.AZ-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 15 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 609 min 397 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 585 min 284 nəfər müalicə olunaraq sağalıb, 8 min 182 nəfər vəfat edib. Aktiv xəstə sayı 15 min 931 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 min 495, bu günə qədər isə ümumilikdə 5 milyon 739 min 928 test icra olunub.
Son sutkada koronavirus (COVID-19) əleyhinə 28 277 vaksin vurulub.
Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 265, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 218 nəfər təşkil edib.
Ölkədə buster doza vaksinlərin sayına gəlincə, bu göstərici 20 794 olub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 046 136, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 138 212, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 638 622 nəfər təşkil edir.
Ümumilikdə isə 1 269 302 buster doza vurulub.