Bu gün Azərbaycanda daha 549 nəfər koronavirusdan sağalıb, 7 nəfər isə vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 26 636 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 17 805 nəfər müalicə olunaraq sağalıb, 341 nəfər vəfat edib. Aktiv xəstə sayı 8 490 nəfərdir.
Ötən müddət ərzində 610 min 523 test aparılıb. Bugünkü test sayı isə 9023-dür.