Azərbaycanda koronavirusa daha 230 yoluxma qeydə alınıb, 122 nəfər sağalıbbackend

Azərbaycanda koronavirusa daha 230 yoluxma qeydə alınıb, 122 nəfər sağalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasında koronavirus infeksiyasına 230 yeni yoluxma faktı qeydə alınıb, daha 122 nəfər sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  TİA.AZ-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 41 min 982 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 39 min 357 nəfər müalicə olunaraq sağalıb, 609 nəfər vəfat edib. Aktiv xəstə sayı 2 016 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 176 min 720 test aparılıb. Bugünkü test sayı isə 7 064-dür.