Azərbaycanda koronavirusa daha 156 yeni yoluxma qeydə alınıb – 3 nəfər vəfat edibbackend

Azərbaycanda koronavirusa daha 156 yeni yoluxma qeydə alınıb – 3 nəfər vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda bu gün koronavirus infeksiyasına 156 yeni yoluxma faktı qeydə alınıb, 142 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə TİA.AZ-aNazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 3 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 233 129nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 227 761nəfər müalicə olunaraq sağalıb, 3 198 nəfər vəfat edib. Hazırda 2 170aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 236, bu günə qədər isə ümumilikdə 2 551 116test icra olunub.