Azərbaycanda kommunal xidmətlər də bahalaşa bilər – AÇIQLAMAbackend

Azərbaycanda kommunal xidmətlər də bahalaşa bilər – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi yanvarın 4-də Tarif Şurasının qərarı ilə benzinin qiyməti 1 manata, dizelin qiyməti isə 80 qəpiyə qaldırıldı.Bu gün iddia olunan məsələlərdən biri də yaxın günlərdə kommunal xidmətlərin də bahalaşmasıdır.

Bununla bağlı danışan iqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, kommunal xidmətlərin bahalaşması gözlənilir:

“Bugünkü şərtlər daxilində dövlət çalışacaq ki, hökumətdən maliyyələşən və subsidyalaşan xidmətlər üzrə xərcləri aşağı salsın. Çünki proses ona doğru gedir. Dövlətin resurs gəlirləri azalır, sosial xərclər isə artır. Eyni zamanda Qarabağla bağlı böyük xərclər lazımdır. Bunun hansısa formada həll yolu tapılmalıdır. Kommunal xidmətlərin bir hissəsinin özəlləşdirilməsi ilə bağlı fikirlər də var.

Düzdür, bu təkliflər zaman-zaman olub. Amma görünən odur ki, bu qaçılmaz olacaq. Dövlət kommunal xidmətlərinin bir hissəsini və yaxud da fəaliyyət istiqmətlərini müəyyən bir hissəsini özəlləşdirəcək. Bu məqamlar nəzərə alınsa, növbəti dövrlərdə kommunal xidmətlətlər bahalaşa bilər”.