Azərbaycanda kişi arvadını və daha üç qohumunu bıçaqladıbackend

Azərbaycanda kişi arvadını və daha üç qohumunu bıçaqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xaçmazda arvadını və daha üç qohumunu bıçaqlayan şəxsə cinayət işi açılıb.
Bu barədə  rayon prokurorluğundan məlumat verilib.Bildirilib ki, iyulun 26-sı saat 01 radələrində Xaçmaz rayonu, Niyazoba kəndi ərazisində 4 nəfər şəxsin xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla rayon sakini Niyaməddin Qədirovun qayınatasına məxsus evə gəlib arvadı Ülviyyə Qədirovaya, həmçinin sonuncunun anası, bacısı və qardaşına bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Niyaməddin Qədirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.Hazırda iş üzrə istintaq davam edir.