Azərbaycanda karantin rejiminin yumşaldılması erkən verilmiş qərardır? – RƏSMİbackend

Azərbaycanda karantin rejiminin yumşaldılması erkən verilmiş qərardır? – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Azərbaycanda xüsusi karantin rejiminin yumşaldılmasının tez olub-olmadığının nəticəsini bir müddət sonra görəcəyik”.
Bunu onlayn brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib.
Onun sözlərinə görə, insanlar əvvəlki kimi yaşamağa başlasalar, koronavirusa yoluxma artacaq:
“Azərbaycanda xüsusi karantin rejiminin yumşaldılmasının gec və ya tez olmasını koronavirusa yoluxmanın statistikasına baxaraq görə biləcəyik”.
“Tövsiyəm odur ki, yumşaldılmadan sonra da insanlar sosial məsafəsini qorusun, sanitar-gigiyena qaydalarına riayət etsinlər”, – deyə o qeyd edib.