Azərbaycanda karantin rejimi daha 2 ay uzadılır? – RƏSMİbackend

Azərbaycanda karantin rejimi daha 2 ay uzadılır? – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Modul tipli xəstəxanaların iyun ayında da istifadəyə verilməsi planı Azərbaycan əhalisinin yay aylarında – iyun, iyul aylarında da karantin rejimində qalacağı deməkdir?

TİA.AZ  xəbər verir ki, suala İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Operativ Qərargahın brifinqində aydınlıq gətirib.

Zaur Əliyev koronavirusa yoluxanların müalicə olunması üçün nəzərdə tutulan modul tipli xəstəxanaların mahiyyətini açıqlayıb:

“Modul tipli xəstəxanaların istifadəyə verilməsinin iyun ayına kimi nəzərdə tutulması Azərbaycan əhalisinin iyun, iyul aylarında da karantin rejimində qalacağı anlamına gəlmir. Modul tipli xəstəxanaların əsas məqsədi nədən ibarətdir? Əgər yoluxmanın sürəti kifayət qədər güclü olarsa, tibb müəssələrimizdə xəstələrin yerləşdirilməsində çətinlik çəkə bilərik.

Ona görə də ölkə rəhbərinin tapşırığı ilə bütün lazımi tədbirlər görüldü ki, bizim xəstələrin sayı çoxaldıqda elə bir çətinliklə qarşılaşmayaq. Bəzi ölkələrdə əsas problem ondadır ki, xəstələrin yerləşdirilməsində çətinlik çəkirlər. Bu modul tipli xəstəxanalar artıq ilk gündən qurulmağa başladı. Bunların əsas özəlliyi də ondan ibarətdir ki, qısa zamanda və çox tez, rahat şəkildə qurmaq olur. Ona görə də bizdə artıq qurulubdur və qurulur. Mən iyun deyəndə qeyd edirdim ki, bütün 10 xəstəxanaların hamısı mərhələli şəkildə, yəni ki bu həftə ərzində bir neçəsi artıq istismara veriləcək, növbəti həftədə daha neçəsi. Və iyunun ortalarına qədər bu şəkildə bu məsələ bitməlidir ki, biz də xəstələrin sayında artım olduğu halda həmin xəstəxanalarda yerləşdirək”.