Azərbaycanda kağız arayışlar tarixə qovuşa bilərbackend

Azərbaycanda kağız arayışlar tarixə qovuşa bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Artıq Azərbaycanda müvafiq olaraq dövlət başçısı tərəfindən elektronlaşma ilə bağlı dövlət qurumlarına tapşırıqlar verilib. Neçə ildir ki, elektron hökumət portalı fəaliyyət göstərir. Bu elektron hökumət portalı vasitəsiylə müvafiq olaraq nazirliklər, komitələr və digər orqanlar, dövlət qurumları informasiya mübadiləsini həyata keçirirlər. Nəticə etibarı ilə qarşıdakı dövr ərzində artıq Azərbaycanda da eyni sistemin tətbiqi gözlənilir”.

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Elçin Əfəndi Moskvada şagirdlərin xəstəliyi ilə bağlı kağız arayış sisteminin ləvği ilə bağlı qərarı və bunun Azərbaycanda mümkünyü məsələsini şərh edərkən deyib. Onun sözlərinə görə, vətəndaşların haqqında konkret informasiyalar formalaşır və bunun əsasında da istəlinən dövlət qurumunun portalına daxil olub müəyyən məlumat bazasından bu informasiya əldə edilə bilər:

“Bu da istər şagirdlərin məktəbə qəbulunda, istər ali təhsil müəssisələrinə qəbulda və digər iqtiqamətlərdə lazım olduğu vaxt kiminsə, hansısa qurumunsa həmin vətəndaş haqqında informasiyaya ehtiyacı varsa, onu Səhiyyə Nazirliyinin bazasından götürə biləcəyi deməkdir. Bu gün DİM keçirdiyi qəbul imtahanında müvafiq olaraq vətəndaşların, xüsusi olaraq oğanların hərbi xidmətə yararlılığı və onların çağırışçı olub-olmadığını sistemə daxil olduğu zaman necə bilirsə, eləcə də digər qurumlarda da vətəndaşlar haqqında informasıyalar elektron qaydada öz əksini taparsa, bütün qurumların informasiyanı rahat əldə etmək imkanı olacaq. Bu da kağız daşıyıcılar üzərindən aparılan işlərin qarşısını almış olacaq”.

Elçin Əfəndi qarşıdakı 5 il ərzində bu sahədə mühüm nailiyyətlərin əldə olunacağını deyir.

Qeyd edək ki, Moskvada uşaqların valideynlərinə artıq dərnək və bölmələr üçün xəstəlik haqqında 095 nömrəli kağız arayışlar gətirmək lazım olmayacaq. Moskva merinin sosial inkişaf üzrə müavini Anastasiya Rakova bildirib ki, bundan sonra dərslərdən azad olunma müddəti Moskva Elektron Məktəbinin “elektron jurnalı”nda göstəriləcək.