Azərbaycanda istifadə edilən vaksin Britaniya ştammına qarşı da effektivdir – RƏSMİbackend

Azərbaycanda istifadə edilən vaksin Britaniya ştammına qarşı da effektivdir – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda koronavirus infeksiyasına qarşı istifadə edilən Çinin “SinoVac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksini yeni ştammlara qarşı da effektivdir.

Bu barədə TİA.AZ-a Milli Hematologiya və Transfuziologiya Mərkəzindən bildirilib

Xatırladaq ki, Mərkəzin Genetik Diaqnoz Mərkəzində “Sars Cov-2” genom analizi edilən üç nümunədə 501Y.V1, B.1.1.7 (Britaniya variantı) aşkar edilib.

Qeyd edək ki, ölkədə yanvar ayının 18-dən etibarən vaksinasiya prosesinə başlanılıb. Peyvəndləmə könüllü və dövlət hesabına aparılır. Bu günə qədər ölkədə 468,826 nəfər peyvəndlənmə prosesində iştirak edib.