“Azərbaycanda işıq pulu da artırılacaq”backend

“Azərbaycanda işıq pulu da artırılacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, 4 yanvar 2021-ci il tarixində Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda aidiyyəti qurumların müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib.

TİA.AZ xəbər verir ki, iclasda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. Dizel yanacağından istifadənin ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə qiymət fərqi azaldılıb.

Azərbaycanda əlaqəli sahələrdə məhsulların qiymətində artım müzakirə mövzusudur.

Bununla bağlı sonxeber.az-a iqtisadçı-ekspert Akif Nəsirli danışıb:

“Qeyd edim ki, hazırda bütün diqqət Aİ-92 və dizel yanacağına yönəlib, amma məsələ burasındadır ki, xam neftin də satış qiyməti artırılıb. Bu gün Azərbaycanda enerji əsasən xam neftin ayrılmasından, yəni ondan ayrılan mazut hesabına alınır. Deməli, bu, enerjinin də qiymətinə təsir edəcək.

Ölkədə elektrik enerjisi istehsalında əsasən xam neftdən alınan mazutdan istifadə edilir. Mazut yandırılır və elektrik enerjisi alınır. Belə çıxır ki, bir neçə aya Azərenerji də təkliflə müraciət edəcək ki, elektik enetrjisinin qiymətlərini qaldırsınlar. Bu gedişlə Azərbaycanda işıq pulu da artırlacaq.

Qiymət artımı elə bir addımdır ki, şaxəli şəkildə bütün iqtisadiyyatın sahələrini əhatə edəcək. Yəqin ki, hər kilovata 5-6 qəpik artım ola bilər”.