Azərbaycanda işğaldan azad olunmuş ərazilərə gedənlərə XƏBƏRDARLIQbackend

Azərbaycanda işğaldan azad olunmuş ərazilərə gedənlərə XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi əhaliyə xəbərdarlıq edib.
ANAMA-nın direktoru Qəzənfər Əhmədov mətbuat konfransında bildirib ki, insanlar şübhəli və təhkükəli ərazilərə daxil olmamalıdır:
“Naməlum əşyalara toxunulmamalıdır. Onlar naməlum əşyalar görərsə, dərhal Daxili İşlər Nazirliyinə, Fövqəladə Hallar Nazirliyinə və yerli Rayon Polis Şöbəsinə müraciət etməlidirlər”.
O qeyd edib ki, ərazilər minalardan təmizlənəndən sonra vətəndaşların öz dədə-baba yurdlarına baş çəkməsi üçün şərait yaradılacaq.