backend

Azərbaycanda intihar səbəbləri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hər ay 5-7 nəfər sirkə turşusundan zəhərlənmə ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə müraciət edir. 

Hər ay 5-7 nəfər sirkə turşusundan zəhərlənmə ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə müraciət edir.

TİA.AZ-ın xəbərinə görə, bu sözləri Baş Toksikoloq Azər Maqsudov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, sirkə turşusundan əsasən ağır və orta ağır zəhərlənmə ilə müraciət edilir: “Bu il ərzində sirkə turşusundan zəhərlənmədən 8 ölüm halı qeydə alınıb. Həmin şəxslər çox ağır vəziyyətdə gətirilir, bütün yardımlara baxmayaraq onların həyatını xilas etmək mümkün olmayıb”.

A.Maqsudov onu da vurğulayıb ki, sirkə turşusu və dərman preparatları ilə intiharlar ümumi müraciətlərin 3 faizini təşkil edir. Bu hallarda artımın olmasına gəldikdə, baş toksikoloq bunun tək-tək baş verdiyini bildirib.

A.Maqsudov intihar səbəblərinə də toxunub: “İntihar səbəblərini insanların müraciəti əsasında müəyyən edirik. Bank borclarının intihara səbəb olmasını qeydə almağımız üçün insanlar bu barədə bizə məlumat verməlidir. Lakin onlar bunu deyil, intiharların əsasən məişət zəminindəki problemlə əlaqəli olduğunu deyirlər. Ona görə də biz səbəb kimi əsasən məişət problemlərini qeyd edirik”.

Baş toksikoloq mərkəzə göbələkdən zəhərlənmələrlə bağlı da müraciətlərin olduğunu deyib. Onun sözlərinə görə, bu müraciətlər əsasən mövsüm ərzində baş verir: “Bu il mövsüm ərzində 26 xəstə müraciət edib. İlan sancma ilə bağlı isə 114 nəfər müraciət ünvanlayıb”.