Azərbaycanda internetin verilməsi məhdudlaşdırılıbbackend

Azərbaycanda internetin verilməsi məhdudlaşdırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatın qarşısını almaq üçün, ölkə üzrə internetin verilməsi məhdudlaşdırılıb.

Bu barədə  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.

“Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ölkə üzrə internetin verilməsində məhdudiyyətlər tətbiq edəcək. Azərbaycan vətəndaşlarının münaqişə vəziyyətində internetə bağlı yarana biləcək məhdudiyyətlər səbəbindən anlayış göstərəcəklərinə ümid edirik” deyə məlumatda qeyd olunub.