Azərbaycanda indiyədək 210 şagird koronavirusa yoluxubbackend

Azərbaycanda indiyədək 210 şagird koronavirusa yoluxub

“Məktəblərin daxilində koronavirusa kütləvi yoluxma halı qeydə alınmayıb”.

TİA.AZ xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, şagirdlər arasında yalnız ailə daxili yoluxmalar mövcuddur: “Son 15 gün ərzində bir sinifdə şagirdlər arasında yoluxma yoxdur. Təssüf ki, müəllimlər arasında yoluxanlar var.

Qubada səkkiz müəllim yoluxub. Sumqayıtdan Qubaya qayıdan müəllim digərlərini yoluxdurub”.

Təhsil naziri deyib ki, 21-28 sentyabr tarixlərində temperaturu 37 dərəcədən yüksək olan 387 şagird, 23 texniki işçi heyət müəyyən olunub: “Tədris zamanı hərarəti yüksık olduğu üçün 78 şagird, 2 nəfər həyət üzvü təcrid edilib. Bu tarixlərdə 210 şagird koronavirusa yoluxub. Şagirdlərdən 23 faizi, yəni 4 nəfərdən biri məktəbə gəlib, 4 nəfər isə ailədə yoluxub və məktəb daxilində olmayıb”.

Nazir qeyd edib ki, bu dövrdə 19 sinif və 1 məktəb distant təhsilə keçirilib: “Növbəti həftədən onlarda iki həftəlik karantin müddəti bitdiyi üçün ənənəvi tədrisə qayıdılacaq”.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki