Azərbaycanda icra başçısını məhkəməyə verdilərbackend

Azərbaycanda icra başçısını məhkəməyə verdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda icra başçısı məhkəməyə verilib.
Yeniavaz.com-un əldə etdiyi məlumata görə, Rəsulov Yaşar Rəsul oğlu Şəki şəhər İcra Hakimiyyətinin başçısı Usubov Elxan Zabir oğluna qarşı məhkəmə iddiası qaldırıb.
Məhkəmə iclasının dünən – 30.08.2021-ci il tarixinə təyin olunduğu bildirilir. İclasa Bakı Apellyasiya Məhkəməsinin hakim Vahid Sadıqovun sədrlik etdiyi qeyd olunub.
Bildirilir ki, iddiaçı mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələrə görə icra başçısından maddi və mənəvi ziyanın ödənilməsini tələb edir.
Onu da əlavə edək ki, daha əvvəl bənzər məhkəmə çəkişməsi Yasamal rayon məhkəməsində də keçirilib.