Azərbaycanda həkim rüşvət aldı, işdən qovuldu – VİDEObackend

Azərbaycanda həkim xəstələrdən analiz üçün pul tələb edib.

 

TİA.AZ-ın xəbərinə görə, görüntülər Akademik Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində qeydə alınıb.

 

Videoda Leyla Məmmədova adlı həkimin xəstədən analiz üçün 20 manat tələb etməsi əks olunub.

 

Saytımızın əməkdaşı məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu göndərib.

 

TƏBİB-dən bildirilib ki, video ilə bağlı Akademik Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində araşdırma aparılır:

 

“Mərkəzin direktoru Rauf Ağayevin imzaladığı əmrlə Məmmədova Leyla Cabir qızı vəzifəsindən azad edilib”.Oxu.az