Azərbaycanda hamının haqqında danışdığı kişi ilə bağlı yeni xəbər – ARAŞDIRMA BAŞLADILDIbackend

Azərbaycanda hamının haqqında danışdığı kişi ilə bağlı yeni xəbər – ARAŞDIRMA BAŞLADILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Quba Rayon Prokuorurğu sağ şəxsin ölmüş elan edilməsi ilə bağlı araşdırmalara başlayıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, bəzi media və sosial şəbəkə səhifələrində Rusiyada yaşayan Zeynalov Abil Hacıbaba oğlunun sağ olmasına baxmayaraq ölüm haqqında şəhadətnamə verilməsinə görə Azərbaycana gələ bilməməsi ilə bağlı məlumatlar yayılıb.

Məlum olub ki, vətəndaş müraciəti əsasında Quba rayonu, Rustov kənd sakini, 1955-ci il təvəllüdlü Abil Zeynalovun itkin düşməsi ilə əlaqədar ölmüş elan edilməsi haqqında Quba Rayon Məhkəməsi tərəfindən 09 sentyabr 2011-ci il tarixdə qətnamə qəbul edilmiş və bunun əsasında rayon qeydiyyat şöbəsi tərəfindən A.H.Zeynalovun ölümü haqqında akt tərtib edilib.

Qəbul edilmiş məhkəmə qətnaməsi üçün əsas olmuş arxiv və digər zəruri sənədlərin həqiqiliyini və qanuniliyini müəyyən etmək məqsədi ilə hazırda Quba Rayon Prokurorluğunda araşdırma aparılır.

Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Qeyd edək ki, Quba rayonunun Rustov kəndində doğulan və hazırda Rusiyada yaşayan Abil Zeynalov Azərbaycanda ölü kimi qeydiyyata alınıb.

1955-ci ildə anadan olan Abil Zeynalov 1996-cı ildə Rusiyaya gedib. O, bir müddət sonra Azərbaycana qayıtmaq istəyib, amma alınmayıb. Səbəb isə onun 2011-ci ildən ölü kimi qeydiyyata alınması olub.
Bu fakt vətənə qayıtmaq üçün qardaşından ona aid sənədləri hazırlayıb Rusiyaya göndərməsini istəyərkən ortaya çıxıb.
Qardaşı Abil Zeynalovun ölüm haqqında sənədini onun keçmiş həyat yoldaşının 11 il əvvəl hazırlatdığını iddia edib.
Məsələyə münasibət bildirən Quba rayon qeydiyyat şöbəsinin rəisi vəzifəsini icra edən Kamran İbrahimov isə deyib ki, ölüm kağızı məhkəmənin qətnaməsinə əsasən hazırlanıb.
Vətənində ölü olaraq bilinən Abil Zeynalov da bunu onun keçmiş həyat yoldaşının qardaşı ilə birləşərək onun mülklərini ələ keçirmək üçün etdiyini iddia edir. Abil Zeynalovun keçmiş həyat yoldaşını isə tapmaq mümkün olmayıb. Onun hazırda başqa bir insanla ailə qurduğu deyilir.