Azərbaycanda hakim futbolçunu söydü: “Kişidirsə, gəlsin çöldə söysün”backend

Azərbaycanda hakim futbolçunu söydü: “Kişidirsə, gəlsin çöldə söysün”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
AFFA-nın təşkilatçılığı ilə keçirilən Region Liqasında növbəti dəfə biabırçılıq yaşanıb.
TİA.AZ apasport.az-a istinadən xəbər verir ki, pley-off mərhələsinin “Karvan” – “Ağsu Siti” görüşündə hakim qalmaqalı baş verib.
Yevlaxdakı qarşılaşmanın əvvəllərində meydan sahiblərinin qapıçısı Amil Orucov hakimə sərt etiraza görə sarı vərəqə alıb. Bir neçə dəqiqə sonra referi su fasiləsi elan etdikdə qolkiper birbaşa tribunaya qalxaraq, matçın AFFA nümayəndəsi olan Rövşən Əhmədova yaxınlaşıb.
Futbolçu iddia edir ki, hakim meydanda onu söyüb. Bunu AFFA nümayəndəsinə çatdıran Orucov “Kişidirsə, gəlsin çöldə söysün”, deyib və referinin ünvanına ağır təhqiramiz ifadələr işlədib. Oyunun videoyazısında da yaşananlar açıq-aydın görünür.
Maraqlıdır ki, passivində sarı vərəqəsi olan qolkiperi baş hakim meydandan qovmayıb.
Qeyd edək ki, I pley-off mərhələsinin ilk oyununda “Ağsu Siti” 2:0, cavab görüşündə isə “Karvan” 1:0 hesabı ilə qalib gəlib. Nəticədə “Ağsu Siti” 1/4 finala yüksəlib.