Azərbaycanda gənc qızları fahişəliyə məcbur edən qadın tutuldubackend

Azərbaycanda gənc qızları fahişəliyə məcbur edən qadın tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi insan alveri ilə məşğul olan Xaçmaz rayon sakinini həbs edib.
TİA.AZ xəbər verir ki, Xaçmaz rayon sakini Əlimuradova Nurəsdə Nusrəddin qızının Azərbaycan Respublikasının vətəndaşı olan qadınları ölkə sərhəddindən kənara çıxararaq cinsi istismara məruz qoyması faktı DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ifşa edilmişdir. Faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İradə Həsənzadənin sədrliyi ilə keçirilmiş məhkəmənin hökmünə əsasən Quliyeva Aytəkin Vaqif qızı Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.3, 144-1.2.5-ci  maddələri ilə təqsirli bilinərək 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.