Azərbaycanda gəlirləri 190 manatdan az olan neçə ailə var? – STATİSTİKAbackend

Azərbaycanda gəlirləri 190 manatdan az olan neçə ailə var? – STATİSTİKA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycandakı ailələrin (ev təsrrüfatları) yalnız 6,1%-də adambaşına düşən aylıq gəlir 550 manatdan yüksək olub.
TİA.az açqılanan rəsmi statistikaya istinadən bildirir ki, adambaşına düşən aylıq gəlirləri 120 manatdan aşağı olan ailə olmayıb.
Məlumat üçün bildirək ki, 2020-ci ildə Azərabyacanda yaşayış minimumu 190 manat olub. Yaşayış minimum – minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Bu səbəbdən də aylıq gəliri 190 manatdan az olan şəxslər yoxsul hesab olunur.
Açıqlanan sonuncu rəsmi statistika göstərir ki, adambaşına düşən aylıq gəlirə görə Azərbaycandakı ailələrin 9,8%-i yoxsul hesab olunur. Azərbaycandakı bütün ev təsərrüfatlarının 9,8%-də adambaşına düşən aylıq gəlir 190 manatdan az olub. Kənd yerlərində bu göstərici 10,6%, şəhər yerlərində isə 9,3% olub.
Azərbaycanda orta hesabla 2 milyon 456 min ev təsərrüfatının olduğunu nəzərə alsaq, o zaman ölkə üzrə təxminən 241 min ev təsərrüfatında adambaşına düşən aylıq gəlir 190 manatdan az olub.